Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Paralimpiyaçılarımız Rio-ya yola düşdü

14:22  |    02 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanın paralimpiya yığması və nümayəndə heyəti sentyabrın 7-dən sentyabrın 18-dək Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşüblər.

Qaziler.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən yolasalma mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitənin rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını deyib, idmançılarımızın potensialından danışıb və Azərbaycanın “Rio-2016”-da güclü heyətlə təmsil olunacağını deyib.

Ümumilikdə Rio-de-Janeyroya 27 idmançımız yola düşüb. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 44-dür. Bu göstərici “London-2012”ilə müqayisədə 6 idmançı və 8 lisenziya çoxdur.

Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. Açılış mərasimində üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015”ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız161 medal qazanıblar - 64 qızıl, 57 gümüş, 40 bürünc.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır
07.11.2019
"Qarabağ" APOEL-ə uduzdu
07.11.2019
APOEL - "Qarabağ": Heyətlər açıqlandı
06.11.2019
Baş Prokurorluğun əməkdaşı Avropa çempionatında medal qazanıb
06.11.2019
Almaniyada Azərbaycan klubu rəsmən qeydiyyata alınıb