Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Avtovağzalda qanunsuz pul yığılır - 1 manat tələb olunur - VİDEO

02:33  |    02 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Bakı Beynəlxalq Avtovağzalına girən sürücülərdən 1 manat dayanacaq pulu alınır.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, bunun müqabilində verilən qəbz çıxışda onlardan geri tələb olunur. Hüquqşünaslar bildirirlər ki, avtovağzalda sürücülərdən pul almaq qanunsuzdur.

Sürücülər əvvəlcə heç bir ödəniş etmədən qəbzi alıb Avtovağzala daxil olurlar. Çıxdıqda isə, onların qarşısı şlaqbaumla bağlanır. Sürücü 1 manat pul verdikdən sonra isə, yol açılır. Bakı Beynəlxalq Avtovağzalına daxil olmaq üçün giriş hissədə minlərlə sürücüdən qanunsuz pul alınır.

Sürücülərə girişdə verilən qəbz ödəniş edildikdən sonra onlardan geri alınır. Bunu yoxlamaq üçün özümüzdə avovağzala daxil olduq. Bununla yanaşı, Avtovağzalın girişində pullu dayanacağa daxil olmağı bildirən heç bir nişanda qoyulmayıb.

Hüquqşunas Anar Ramazanov isə deyir ki,qanuna görə,vətəndaşlara verilən qəbz sonradan onlardan geri alınmamalıdır.Bununla yanaşı ,avtovağzalda sürücülərə təqdim olunan qəbzin heç bir hüquqi əsası yoxdur.Çünki,Maliyə Nazirliyinin qərarı ilə bu formada verilən qəbzlər 2006-cı ildən etibarən ləğv edilib.

Ancaq,Bakı Beynəlxalq Avtovağzalının sözcüsü Məhəmməd Abdullayev sürücülərdən 1 manat alınmasının qanuni olduğunu deyir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələndi
06.06.2020
Avtobuslar ayın 8-də saat neçədən işləyəcəklər? - RƏSMİ CAVAB
06.06.2020
Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO
06.06.2020
Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi aşkarlandı
06.06.2020
Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət - VİDEO