Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Türkiyənin Azərbaycandakı səfirliyi Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edib

01:07  |    02 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə sentyabrın 1-də qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfirliyin müşaviri xanım Meral Barlas Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1922-ci il avqustun 30-da tarixi zəfərə imza atdığını bildirib, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik nitqinin mətni oxunub.

Sonra tədbir ziyafətlə davam edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb