Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan dörd erməni vətəndaşına qarşı qeyri-insani hərəkətlərə yol verən Ermənistan hakimiyyətini 71 min avro məbləğində cərimələyib.

Ermənistanda insan haqlarının hüquq mühafizə orqanları tərəfindən tez-tez pozulduğunu qeyd edən Avropa Məhkəməsi məhkəmə prosesləri zamanı İnsan Haqlarına dair Avropa Konvensiyasının müddəalarının Ermənistan hakimiyyəti tərəfindən kobud şəkildə pozulduğunu, müttəhimlərə qarşı qeyri-insani hərəkətlərə yol verildiyini bildirib və dövlət rəsmilərindən belə hallara son qoyulması üçün ciddi addımlar atmağı tələb edib.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər