Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Qarabağ qaziləri Yasamalın İcra başçısından narazıdırlar

18:19  |    31 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Bu gün “Qarabağ qaziləri” birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökumət – Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində IV - sonuncu konfransını reallaşdırıb.

“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq layihə haqqında danışıb. O, döyüşçülər üçün böyük əhəmiyyət kəsb edən belə bir layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökumət – Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, onun sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.

E Əsədov Qarabağ qazilərin problemlərindən danışaraq əvvəlki 3 konfrans zamanı qaldırılan bir çox məsələlərin həlli üçün sistemli formada müvafiq qurumlar qarşısında qaldırılacağını deyib.

Layihənin rəhbəri Firudin Məmmədov layihənin əsas məqsədinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. O, bu məqsədlə beş ay davam edən layihə çərçivəsində 4 konfransın keçirildiyini, maarifləndirici bukletin hazırlandığını və iştirakçılara paylandığını bildirib.

Konfransda çıxış edən Qarabağ əlilləri müxtəlif problemləri dilə gətiriblər. Ən çox Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tənqid olunub. Keçmiş döyüşçülər İ. Mehdiyevin Qazilərin probleminə laqeyd yanaşdığını dedilər.

Konfrans iştirakçıları bu layihənin icrasını yüksək qiymətləndiriblər.










Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub