Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Azərbaycanla Gürcüstanı birləşdirəcək yeni magistral yol salınacaq

22:20  |    30 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Gürcüstanda bir neçə yeni magistral yolun tikintisi planlaşdırılır.

Qaziler.az bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili kiçik və orta biznes nümayəndələri ilə görüşdə bildirib. Baş nazir 4 il ərzində tikintisi planlaşdırılan infrastruktur layihələrindən danışıb. Onun sözlərinə görə, Tiflis-Laqodexi yolunun tikintisi ilə Azərbaycan və Gürcüstanı birləşdirəcək yeni magistral yol istifadəyə veriləcək.

Baş nazir bildirib ki, 4 il ərzində Sarpi gömrük məntəqəsindən Qırmızı körpü və Sadaxlı istiqamətinə, eləcə də Gürcüstanın şərqlə qərbini birləşdirəcək magistral avtomobil yolunun tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, Mtsxetadan Vladikavkaz istiqamətinə də yeni avtomobil yolunun inşası nəzərdə tutulur.

Baş nazir əlavə edib ki, 4 il ərzində Gürcüstanın Kutaisi şəhərindən başlayaraq Tsaqeri və Lentexi bölgəsində tunellər salmaqla Mulaxiyədək yeni bir magistral yolun çəkilməsi də planlaşdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub