Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Azərbaycanlılarla ukraynalıların birgə Alyansı yaradılıb

23:38  |    29 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Ukraynada yaşayan azərbaycanlılarla Azərbaycanda yaşayan ukraynalıların birgə Alyansı yaradılıb.

Qaziler.az bildirir ki. Azərbaycan Ukrayna Konqresindən (AUK) APA-ya verilən məlumata görə, bu məqsədlə Kiyevdə təşkilat sədri Yura Osadçenko ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev arasında memorandum imzalanıb.

İmzalanma mərasimində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.

Memorandumda ölkə başçısı Pyotr Poroşenkonun Azərbaycana səfərindən sonra ölkələr arasındakı əlaqələrin dinamik mərhələyə qədəm qoyması, səfər zamanı iki prezidentin əlaqələrin inkişafında iki ölkədəki icmaların fəaliyyətinin önəmli olmasını əsas gətirməsinə istinad olunub. Alyans iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın dərinləşməsinə töhfə verməyi əsas götürür, hər iki ölkənin ərazi bütövlüyünün pozulması hallarının dünya birliyinə çatdırılması missiyasına qoşulur. Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin və digər resurslarının Ukraynada təbliği, o cümlədən eyni sahələr üzrə Ukraynanın Azərbaycanda təbliği Alyansın əsas məqsədi olaraq götürülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb