Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6892

Digər sorğular

Azad Suriya Ordusu 3 kəndi YPG-dən alıb, Münbicə doğru irəliləyir - FOTOLAR

23:48  |    28 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu bu gün “Reuters” agentliyinə açıqlamasında Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib.

Ə. Osman deyib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Münbicə doğru irəliləyir: “Allahın köməyi ilə bir neçə gün ərzində Münbici alacağıq”.

Qeyd edək ki, bu gün Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin “Hürriyet” qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlandı
02.06.2020
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı
02.06.2020
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırdı
02.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?