Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Cəlilabadda XII əsrə aid pul dəfinəsi tapılıb - FOTO

22:28  |    28 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid pul dəfinəsi tapılıb. Tədqiqat işləri zamanı aşkar olunan dəfinə təsərrüfat küpünün içərisində çoxlu sayda mis sikkələrdən ibarətdir.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, tapılan 273 ədəd mis sikkə tədqiq olunmaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. Sikkələr numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq olunub. Həmçinin, mis sikkələr AMEA Radiasiya Problemləri İnstitutunun “Radiokimya laboratoriyası”nda kimya elmləri namizədi Rauf Quliyev tərəfindən kimyəvi üsullarla təmizlənib və onların üzərində aparılmış elmi-tədqiqat işləri tam başa çatdırılıb.

Mis dirhəm və fəlslərdən ibarət olan qədim pullar Atabəy Eldəgizlər dövrünə (XII əsr) aiddir. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrindən məlum olur ki, qədim mis pullar İraq Səlcuq sultanı Arslan şahın (1161-1176) adından kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin (1160-1170) adı həkk olunub. Digər tərəfində isə “Qurani Kərim”in “Tövbə” surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.

Dəfinə nümayiş etdirilmək üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə