Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

Güləşçilərin reytinqi açıqlandı

19:03  |    02 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb.

Azərbaycanın sərbəst güləşçilərindən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Son Dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə, ötən ay yarışlara 65 kq çəkidə qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kq çəkidə 2-ci yerdə olan Hacı Əliyev, 65 kq-da 12-ci sırada qərarlaşıb.

Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifovun (97 kq) da adı var.

57 kq
15. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (13)

65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (6)
12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer ([email protected])

70 kq
12. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)

74 kq
9. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (10)

86 kq
12. Həmzət Osmanov - DÇ 5-ci yer (8)
19. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (nr)

97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
5. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (6)
20. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (nr)

125 kq
11. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)

Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.12.2019
"Psixoloji gərginlik var" - Qurban Qurbanov
02.12.2019
“Judo Club 2012” ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan turnir keçirib
30.11.2019
Güləşçimiz Hacı Əliyev ALROSA kuboku yarışında qələbə qazanıb
26.11.2019
Məşqçilərin reytinq siyahısı açıqlandı: Azərbaycandan təkcə Qurban Qurbanov var
21.11.2019
Ronaldo “Yuventus”dan gedir