Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6892

Digər sorğular

Norveçdə qadınları hərbi xidmətə çağırmağa başladılar

01:53  |    28 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Norveçdə ölkə qanunvericiliyinə edilən düzəlişə əsasən bundan sonra qadınlar həqiqi hərbi xidmətə çağırılacaqlar. Bu qanun 18 yaşı tamam olmuş qadınlara şamil ediləcək.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Norveç bu qərarı vermiş ilk Avropa və NATO ölkəsidir. Verilən xəbərə görə, ölkənin şimalında yerləşən Setermoen bölgəsində qanunun tətbiqinə artıq başlanılıb və qadınlar hərbi xidmətə başlayıblar. Bildirilir ki, hərbi xidmət zamanı qadınlar kişilərlə eyni tapşırıqları yerinə yetirirlər, onlara əlavə güzəştlər edilmir. Xidmət müddəti 19 ay təşkil edir.

Əvvəllər şəxsi heyətin 12,5 faizini təşkil edən norveçli qadınlar orduda könüllük əsasında xidmət edirdilər.

Qadınların hərbi xidmətə cəlb edilməsi barədə qanun 2015-ci ilin yanvarın 1-də təsdiqlənsə də avqust ayından tətbiq olunmağa başlayıb.

Hazırda qadınlar üçün məcburi hərbi xidmət İsrail və Myanma dövlətlərinin silahlı qüvvələrində də tətbiq olunur. Belə ki, 1986-cı ildə qəbul edilmiş qanuna əsasən İsrail ordusunda 18 yaşdan yuxarı, ərdə olmayan sağlam qadınlar 24 aylıq hərbi qulluğa çağırılırlar. Hərbi qulluqdan imtina onların cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Hazırda qadın hərbçilər İsrail ordusunun 33 faizini təşkil edir. Myanmada isə 18-27 yaş arasında olan qadınlar 2011-ci ildən hərbi xidmətə çağırılırlar.

ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İsveç, İtaliyada isə qadınlar orduya könüllülük prinsipi ilə qəbul edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlandı
02.06.2020
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı
02.06.2020
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırdı
02.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?