Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

“Azərbaycan dilini bilməməyim çətinlik yaradır“

18:48  |    02 Aprel 2015  |   E-mail  |  Çapa göndər



19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Patrisia Qonzales İspaniya mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Azərbaycanda qadın futbolunun hazırkı durumu, ölkəmizdə üzləşdiyi çətinliklər haqda danışıb.

- Məşqçi işləmək üçün 25 yaşınızda Azərbaycana getdiniz. Bu addımı atmağınıza səbəb nə idi?

- İlk ilimdə müəyyən çətinliklərlə üzləşdim. Çünki yeni ölkəyə uyğunlaşmalı idim. Ancaq gələcək karyeram baxımından İspaniyada qalmağın mənası yox idi.

- İspaniyada futbolla məşğul olmaq çətindi?

- Orada müxtəlif işlərlə məşğul olurdum, günün sonunda isə futbola gedirdim. İspaniyada futbolla məşğul olmaq qadınlar üçün asan deyil. Amma artıq bu işlə peşəkar səviyyədə məşğul oluram.

- Azərbaycan həyatına uyğunlaşmaqda hansı çətinliklə üzləşdiniz?

- İlk növbədə yaxşı mənada təəccübləndim. Azərbaycan müsəlman ölkəsi olsa da, qapalı ölkə deyil. Qadınlar da qapalı geyinmirlər. Ən çətin dönəmi geridə qoydum. Azərbaycanda futbolun necə başa düşüldüyünü və burada həyatın necə olduğunu artıq bilirəm. Çətin də olsa, yerli dili öyrənməyə çalışıram. Hər dəfə İspaniyadan Azərbaycana qayıdanda özümlə 20 kiloqram ərzaq, əsasən də, kolbasa aparıram. Hansı ki, Azərbaycanda yoxdur.

- Azərbaycana köçdükdən sonra nəyi kəşf etdiniz?

- Texniki və taktiki tərəfdən hazırlıqlı olan bir neçə futbolçu ilə rastlaşdım. Bu ölkədə qadın futbolu 2010-cu ildən inkişaf etməyə başlayıb. Orada özümü çox rahat hiss edirəm. AFFA-nın baş katibi bildirib ki, Azərbaycanda qadın futboluna həmişə qadın rəhbərlik edəcək.

- Azərbaycanlı qadın futbolçunun əsas problemi nədi?

- Azərbaycanlı qadın futbolçu 16-17 yaşlı yeniyetmədir. O, yalnız futbol haqda düşünür. Qarşılaşdığım ən böyük problem müsəlman ənənəsinə əsasən qızların erkən yaşda ərə getmələridir. Bu səbəbdən də çoxu 21-22 yaşında karyerasını bitirir. Azərbaycan dilini bilməmək də mənə çətinlik yaradır.

- Bəs futbolçularla necə ünsiyyət qurursunuz?

- Onlar ingiliscə danışa bilmirlər. Buna görə də, tərcüməçinin köməyindən istifadə edirəm. Yeri gəlmişkən, tərcüməçim də "Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiçin tərcüməsiçi işləyib. Artıq o da futbolu yaxşı anlayır. Yəni futbol adamıdır.

- Nə vaxtsa, məşqçilik karyeranızı İspaniyada davam etdirməyi planlaşdırırsınızmı?

- Mən bu arzu ilə yaşayıram. Çox istərdim ki, öz ölkəmin qadın futbolunda tanınmış məşqçilərdən olum. Belə bir şans yaransa, qəbul edərəm.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub
15.11.2019
UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı - VİDEO
15.11.2019
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb
12.11.2019
“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır
07.11.2019
"Qarabağ" APOEL-ə uduzdu