Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Bir gün bütün Avropa müsəlman olacaq

19:02  |    26 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Bir müddət əvvəl Avropada yaşayan müsəlman gənclər maraqlı bir vloq hazırlamışdılar. Küçənin ortasında bir nəfər namaz qılmağa başlayır. Küçədən keçən avropalı sakinlərin reaksiyasını öyrənmək üçün həmin anları kameranın yaddaşına yazır. Sosial eksperiment aparan gənclər fərqli yanaşmaların şahidi olurlar. İnsanlarınbəziləri bunun Allaha ibadət olduğunu başa düşüb yan keçirlər. Bəziləri isə gördükləri səhnəni yoqa təlimi hesab edib namaz qılan müsəlmana ortaq olurdular. Maraqlı yanaşmadır, Avropa əhalisinin bir hissəsi islamda ibadətin nə olduğunu anlamır. Bunun yoqa və ya başqa tədbirlər kimi başa düşən qərblilərin təfəkkürü görünür islamı tanımaqdan yan keçib. Elə Avropa ölkələrində istər Fransa, istər Almaniya kimi qatı islam əleyhdarlarının olduğu ölkələrdə hətta rəsmi qurumlar da islama, hicaba və məscidlərə qarşı biganəlik nümayiş etdirirlər.

Avropada islam qorxusu hökumətlərin mübahisələri qərarları ilə yadda qalıb

Almaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib. Məhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.

Bu məhkəmə işi Avropa boyunca müsəlman qadınların hicabı, niqabı və baş örtüyü ətrafında gedən debatların və məhkəmə işlərinin üzərinə bir daha işıq salıb.

Lakin illər sonra Almanların hicaba qarşı "allergiyası” yenidən oyanıb. Çimərlikdə hicabla dolaşan qadınlarınyerli alman polisləri tərəfində təzyiqlərə məruz qalmasıbu ölkədə mənəvi kasıblığın bariz nümunəsidir. Hicabın bütün bədəni örtən burka və yalnız gözləri açıq saxlayan niqab kimi müxtəlif formaları Avropada böyük mübahisələrə səbəb olur. Mübahisələr dini azadlıq, qadın bərabərliyi, dünyəvi ənənələr və hətta terrorizm qorxusu kontekstində aparılır. Bir çox siyasətçi etnik və dini azlıqların assimilyasiyası üçün daha çox işlər görməyin zəruriliyini bildirir. Elə digər Avropa ölkələri də Almaniyadan geri qalmır.

İctimai yerlərdə burka geyinməsini qadağan edən ilk ölkə Fransa olub

Qərbi Avropada ən böyük müsəlman icması məhz bu ölkədədir – təxminən 5 milyon. Ancaq yalnız təxminən 2 min qadın burka geyinir.

2011-ci il aprelin 11-dən qüvvəyə minən qadağaya görə, fransız və ya xarici olmasından asılı olmayaraq, heç bir qadın üzüörtülü vəziyyətdə evdən bayıra çıxa bilməz. Əks halda onu 150 avro cərimə gözləyir. Qadını üzünü örtməyə məcbur edən şəxsin cəriməsi isə 30 min avrodur.

24 yaşlı bir fransız qadın qadağanın dini azadlığa zidd olduğunu iddia edib. Onun işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü il iyulun 2-də çıxardığı qərarda qadağanı qüvvədə saxlayıb.

Fransa əhalisinin, o cümlədən müsəlmanlarının əksəriyyəti hökumətin burkanın fransız cəmiyyətinin dəyərlərinə uyğun olmadığı fikrinə şərik çıxırlar.

Dövlət məktəblərində başörtüyü isə 2004-cü ildən qadağan edilib. Qanunla din və dövlətin bir-birindən ayrı olduğu ölkədə bu addım da böyük siyasi və ictimai rəğbət qazanıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 2012-ci ilin sentyabrınadək 425 qadın cərimələnib. 66 qadına isə başörtüsü qadağasını pozduğuna görə xəbərdarlıq edilib.

Parklar və küçələr kimi ictimai yerlərdə qadının sifətini gizlədərək onun kimliyini müəyyən etməyə imkan verməyən örtüyə qadağa Belçikada 2011-ci ilin iyulundan tətbiq olunub.

Qadağadan verilmiş şikayətə baxan Konstitusiya Məhkəməsi 2012-ci ilin dekabrında qanunun insan hüquqlarını pozmadığı haqda qərar çıxarıb.

Barselonada bələdiyyə idarəsi, market və kitabxana kimi bəzi ictimai yerlərdə burka qadağandır. Qadağanın bütün İspaniyaya yayılması planı olmasa da, Kataloniyada azı iki şəhər bu qadağanı tətbiq edib.

Lakin Ali Məhkəmə 2013-cü ilin fevralında Lyeyda şəhərindəki qadağanı ləğv edib. Məhkəmə qadağanın dini azadlığa zidd olduğu qənaətinə gəlib.

Barselonadakı qadağa şəxsiyyəti müəyyən etməyə əngəl törədən istənilən başörtüyünə, o cümlədən motosiklet kaskasına və balaklavaya da aiddir.


Britaniyanın hicaba rəğbəti

Britaniyada islam geyimləri ilə bağlı heç bir qadağa yoxdur. Amma məktəblərə ixtiyar verilib ki, öz geyim tərzlərini özlərimüəyyən etsinlər.

2012-ciilin yanvarında Müstəqillik Partiyasının burkaya qadağa qoymaq çağırışından sonra Məktəblər Birliyinin o vaxtkı katibi Ed Balls demişdi ki, insanlara küçədə nəyi geyinib-nəyi geyinməməyi söyləmək Britaniyaya yaraşmaz.

2013-cü ilin sentyabrında daxili işlər naziri Jeremy Browne məktəb kimi ictimai yerlərdə islam geyimlərindən istifadə ilə bağlı ümummilli müzakirələrə başlamağa çağırıb.

2014-cü ildə Avropa Parlamentinə seçkilərdə Müstəqillik Partiyası birinci olaraq 24 yer qazanıb. Partiyanın lideri Nigel Farage dəfələrlə bildirib ki, burka Britaniyanın getdikcə parçalanmasının bir rəmzi olmaqla yanaşı, təhlükəsizliyə də potensial təhdiddir.

Daha çox gey yaşamı ilə tanınan Hollandiyada 2012-ci ildə hakimiyyətdə olan mərkəz-sağçı koalisiyanın dağılmasından sonra onların islam geyimlərinə ölkə miqyasında qadağa qoymaq planı da puça çıxıb.

Bundan əvvəl isə 2006-cı ildə bənzər qanunvericilik təşəbbüsü olsa da, uğursuzluqla nəticələnib. Deputatlar qəbul edəcəkləri qanunun Konstitusiyaya zidd olacağından ehtiyat ediblər.

Niderlandın 16 milyonluq əhalisinin 5%-i müsəlmandır. Onlardan da təxminən 300-ü niqab və ya burka geyinir. Başörtüyü isə daha çox yayılıb.

85 il ərzində türklər başörtüyünü gerilik rəmzi olaraq rədd edən Mustafa Kamal Atatürk-ün yaratdığı dünyəvi dövlətdə yaşayıblar. Bu məsələ əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə cəmiyyəti ikiyə bölən əsas mövzulardan biridir.

Qadınların üçdə ikisi, o cümlədən baş nazirin və prezidentin həyat yoldaşları və qızları başlarını örtürlər.

2008-ci ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra universitetlərdəki qadağa yumşaldılıb. Çənənin altından keçirilməklə bağlanılan başörtüyünə icazə verilib. Boyunu və sifəti örtən geyimlər hələ də qadağandır.

2013-cü ilinoktyabrında Türkiyədə məhkəmə, polis və hərbi qurumlar istisna olmaqla, bütün dövlət müəssisələrində başörtüyünə qadağa götürülüb.

İTALİYA


İtaliyada bir neçə şəhərdə burkaya qadağa var. Ayrı-ayrı hökumətlərin vaxtında qadağanın bütün ölkəyə tətbiqi məsələsi müzakirə edilsə də, hər dəfə yekun qərar verilməyib.

Bəzi meriyalar islam üzgüçülük kostyumlarını da qadağan ediblər.

DANİMARKA

2008-ci ildə hökumət hakimlərin başörtüyü və bənzər dini və ya siyasi simvollar, o cümlədən xaç, ermolka (yəhudi papağı) və türban taxmasını qadağan edəcəyini açıqlayıb.

Antiislam ritorikası ilə tanınan Danimarka Xalq Partiyası qadağanı hakimlərlə yanaşı, müəllimlərə və həkimlərə də şamil etməyə çağırıb.



ALMANİYA

Almaniyada islam geyimlərinə ölkə miqyasında qadağa qoyan hər hansı qanunvericilik aktı yoxdur.

2013-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi məktəbdə başörtüyü taxmaq istəyən müəllimin xeyrinə qərar verib. Ancaq məhkəmə onu da qeyd edib ki, əyalətlər öz yerli qanunvericiliklərində istədikləri dəyişikliyi edə bilərlər.

Almaniyanın azı 16 əyalətində müəllimlərə başörtüyü qadağandır. Hessen əyalətində bu qadağa bütün dövlət qulluqçularına aiddir.


RUSİYA

Rusiya Federasiyasında ilk olaraq Stavropol diyarı hicabı qadağan edib. Ali Məhkəmə 2013-cü ilin iyulunda qadağanı qüvvədə saxlayıb.

Çeçenistan rəhbərliyi islam geyimləri ilə bağlı dövlət siyasətinə heç bir məhəl qoymayıb. 2007-ci ildə Çeçenistan prezidenti Ramzan Kadyrov dövlət müəssisələrində başörtüyü geyinilməsini əmr edib. Bu, Rusiya qanunvericiliyinə tamamilə zidd olsa da, bu gün də tətbiq olunur.

Kadyrov hətta ciddi islam geyim tərzinə məhəl qoymayan qadınları peyntbolla vuran kişiləri açıq-aşkartəqdir edib.


İSVEÇRƏ

2009-cu ilin sonlarında İsveçrənin ədliyyə naziri Eveline Widmer-Schlumpf deyib ki, sifəti gizlədən geyimdən daha çox qadın istifadə etməyə başlasa, onun qadağa olunması məsələsini nəzərdən keçirmək lazım gələcək.

2013-cü ilin sentyabrında italyandilli Tiçino kantonunda seçicilərin 65%-i ictimai yerlərdə burkanın yasaqlanmasına səs verib. Bu, ilk belə hal idi ki, İsveçrənin 26 kantonundan hansısa bu cür qadağa qoyurdu.

Avropa 50 ildən sonra müsəlman olacaq


Bu barədəislam tədqiqatçısı Oliver Royun maraqlı fikirlərini sizə təqdim edirik: "Bu cür dini inkişafı təmin edən iki amil mövcuddur: əhali artımı və yeni dinə keçmə. İslam dünyasında çox sürətli əhali artımı başlayacağı ehtimalı doğrudur, lakin bu artım tədricən öz-özünə səngiyəcək. Öz dinini dəyişmə məsələsinə gəldikdə, bu sahədə ən əhəmiyyətli inkişaf təkcə Afrika qitəsində baş verdi. İslamın sürətli inkişafına Qərb mətbuatının "İslam təhlükəsi yaxınlaşmaqdadır" kimi ənənəvi tezislərindən uzaq halda baxmaq lazımdır. Çünki bu say artımı müsəlman kütlələrin özəyində gedən inkişafla əlaqəli deyildir. İslamın daha çox müsəlman ölkələrində nəzərə çarpacaq hal aldığını da bura əlavə etmək lazımdır. İslamın bu vəziyyətə düşməsinin əsas səbəbi, şübhəsiz ki, radikal İslamdır. Lakin məncə, radikal İslamın təsirinin getdikcə zəiflədiyi mərhələyə yaxınlaşırıq - ən azı yayılmasının qəti surətdə qarşısı alınacaq bir mərhələyə. Radikal İslamın passivləşməsinin əsas səbəblərdən biri, siyasi İslamın öz layihələrini həyata keçirməkdə müvəffəqiyyətsizliyə uğramasıdır. Buna İran İslam İnqilabını misal göstərə bilərik. Bir başqa səbəb isə Böyük İslam hərəkatlarının ("Rifah Partiyası" timsalında göründüyü kimi) öz strategiyasını dəyişərək, parlamentar və leqal platformalarda fəaliyyət göstərməsidir. Bu inkişaf islami hərəkatların müstəqilliyini, qiyamçılığını "rəndələyərək" onları "normal"lar cərgəsinə çıxarır.Aydındır ki, bu gün böyük müsəlman ölkələrindəki İslam hərəkatları əsasən milliyyətçi hərəkatlardır, məsələn, Kosovo və Bosniyada olduğu kimi. Hamı Bosniyada radikal İslamın güclənəcəyindən qorxurdu; ortaya Bosniya millətçiliyi çıxdı. Həmin şeyi Fələstin barəsində də söyləmək olar. Təbii ki, Türkiyə və İran da bu ölkələr cərgəsinə aid edilə bilər. Bir daha təkrar etmək istəyirəm: İslam ölkələrində mövcud olan bu hərəkatlar nə dini, nə də siyasi mənada İslam hərəkatı deyildir; bunlar milliyyətçi hərəkatlardır. əlbəttə, bir Avropada islam yaranacaq. Bu istiqamətdə meyllər mövcuddur. Avropada yaşayan müsəlmanlar bir növ liberal Avropa İslamına doğru irəliləyirlər. Bu, daxili istəkdir. əlbəttə, burada söhbət müsəlmanlardan gedir. Digər tərəfdən, hər hansı kiçik qrupun bir növ neo-fundamentalizm yaradacağını, İslam qaydalarına ciddi icra edən, özünü yalnız İslam atributları ilə tanıdan bir hərəkatın əmələ gələcəyini də istisna etmirəm. Çünki Avropa müsəlmanlarının, Avropa ölkələri vətəndaşlığını yenicə qəbul etdikləri zaman, müsəlman ölkələrində olduğu kimi milliyyətçi hərəkat yaradacaqlarını düşünmək gülünc olardı. Yəni "Rifah" kimi milliyyətçi, yəni sanballı bir partiyaya bənzər partiyanın Avropada ictimaiyyətin fəal ünsürü kimi çıxış edə biləcəyi mümkün deyil”.

Tanınmış araşdırmaçının proqnozlarının yaxın gələcəkdə özünü doğruldacağı da istisna edilmir. Çünki ortada bır sıra səbəblər var. Başlıcası odur ki, dünyada son 25 ildə müsəlmanların sayı 3 dəfə artıb.


Rüfət Soltan


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Türkiyədə 1 iyundan şəhərlərə giriş-çıxış qadağası ləğv olunur
28.05.2020
Latviya televiziyasında Respublika Günü haqqında reportaj yayımlanıb
28.05.2020
Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü - FOTO - VİDEO
28.05.2020
“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”
28.05.2020
Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO