Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Şəhidin övladına 4 il həbs cəzası verildi

18:21  |    26 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Xəbər verdiyimiz kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Dilqami Mahmudovun oğlu, atasının adını daşıyan Dilqəm Mahmudzadənin işinə Şəki şəhər Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Şəhidin ailəsindən aldığımız məlumata görə, artıq məhkəmə başa çatıb və məhkəmənin hökmü ilə şəhidin övladına 4 il həbs cəzası kəsilib. Xatırladaq ki, Dilqəm Mahmudzadə 2015-ci ildə Mingəçevir şəhərində keçirilən yürüşə qatıldığı üçün saxlanmışdı. Keçən ildən bəri davam edən istintaq bu yaxınlarda başa çatıb və məhkəmə hökm verib.

P.S. Biz QAZİLER.AZ saytı olaraq məhkəmənin qərarına təzyiq etmək fikrindən uzağıq. Amma şəhidin bircə balasına, xəstə övladına güzəşt edib onu daha yüngül cəza ilə cəzalandırmaq olardı. Şəhidin övladı nə ağır cinayət törədib ki, onu 4 il azadlıqdan məhrum etdilər.

02 Avqust 2016 saat 20:00

Mahmudov Dilqami Şakir oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Dilqaminin şəhidliyindən iki ay sonra onun oğlu dünyaya gəlib. Dilqaminin şərəfinə onun oğlunu Dilqəm adlandırıblar. Hazırda Dilqəm Mahmudzadə 20 -22 yaşlarında gəncdir.

2015-ci ildə Mingəçevir şəhərində yürüş keçirilib. Yürüşə qoşulanlar arasında şəhidin övladı Dilqəm də olub. Hadisələrdən sonra 250 nəfər müxtəlif vaxtlarda müxtəlif şəraitdə saxlanılıb. Həmin adamlardan biri də Dilqəm Mahmudzadədir. Həmin saxlanılanların əksəriyyəti buraxılsa da, 6 nəfər hələ də istintaq altındadır. Hazırda iş Şəki Ağır Cinayətlər Məhkəməsinə gedib. Həmin 6 nəfərdən biri də bu şəhidin övladıdır. O şəhid övladı ki, atasının adını daşıyır. O övlad ki, onu anası kirpiyilə od götürə -götürə saxlayıb böyüdüb.



Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədir Firidun Məmmədov məsələ ilə bağlı QAZİLER.AZ-a bildirib ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Araşdırmalarımız göstərir ki, şəhidin balasının elə ağır cinayəti yoxdur ki, ona cəza kəsilsin. Yürüş keçirilib, düzdür, icazəsiz yürüş olub. Dilqəm də həmin yürüşə passiv qoşulanlardan olub. Əvvəla onu qeyd edim ki, işin ilk təhqiqatını aparan təhqiqatçı vicdanı ilə hərəkət edib onun şəhid övladı olmağını rəhbərliyə məruzə edə bilərdi və onu ya 15 sutka həbs və ya pul cəriməsi ilə cəzalandıra bilərdilər. Mütləq ağır cinayət törətmiş bir cinayətkar kimi onu cəzalandırmağa ehtiyac yox idi. Bu, sıradan bir yürüş olub, belə yürüşlərə görə heç Avropada adam tutmurlar. Ona görə də bu gün biz Vətən Müharibəsi Əlilləri İctimai Birliyi adından da Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət göndərmişik. O cümlədən Respublika Baş Prokuroruna da müraciət etmişik ki, Dilqəm Mahmudzadənin şəhid övladı olması nəzərə alınsın. Respublika Prokurorluğu həmin müraciəti Şəki AĞIR Cinayətlər Məhkəməsinə göndərərək işə əlavə edib. Hələ ki, hökm verilməyib, buna görə də əlimizdən gələn köməyi eləməyə çalışırıq. Çünki Dilqəm atası şəhid olandan sonra nə əziyyətlə böyüyüb, çox çətinliklər yaşayıb. Şəhidin xanımı o övladları nə əziyyət bahasına böyüdüb. Onun oğlu indi-indi böyüyüb ailəyə kömək etmək vaxtına çatıb. Şəhidin övladına bir neçə il iş verib onu həbsxanaya salmaq Azərbaycan xalqının şəhidinə, qazisinə olan sevgisinə ziddir. Çünki, Azərbaycan xalqı vətəni və torpağı sevən xalqdır. Bunu da xalqımız bu il aprel döyüşlərində bir daha sübut elədi. Bu gün 2 aprel döyüşlərində şəhid olmuş insanların ailələri ilə bağlı dövlət çox ciddi işlər görür. Bəs nə üçün 1990-cı illərdə heç ordu olmadığı halda 1 övladını və hamilə xanımını taleyin ümidinə qoyub müharibəyə gedib sinəsini güllə qabağına verən Dilqaminin hörməti o qədərmi az oldu ki, özündən sonra dünyaya gələn övladını “niyə yürüşə qoşulmusan” ittihamı ilə həbs edirlər. Buna görə də mən Şəki Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinə və konkret olaraq işə baxan hakim Rəşid Hüseynova müraciət edirəm, o şəhidin ruhuna hörmət olaraq onun övladını heç olmasa şərti cəza azadlığa buraxılmasını xahiş edirəm.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub