Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Əli İnsanovun atasının Səməd Vurğuna yazdığı məktubu tapıldı – FOTO

17:41  |    02 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Binnət İnsanov: “...müraciət edib, kömək istəyirəm”

AMEA Əlyazmalar İnstitutunun Şəxsi Arxivlər Fondunda bir çox ziyalılarımızın şəxsi işləri saxlanılır. Xalq şairi Səməd Vurğuna aid qovluqda isə şairə məxsus müxtəlif sənədlər mövcuddur. Qaziler.az saytına daxil olan belə sənədlərdən biri də 1948-ci ildə Ermənistanın Noyanberyan rayonunun Ləmbəli kəndində yaşayan Binnət İnsanov tərəfindən Səməd Vurğuna yazılmış məktubdur. Qeyd edək ki, Binnət İnsanov sabiq Səhiyyə naziri Əli İnsanovun atasıdır.

“Möhtərəm Səməd!

Sizə səmimi salamlarım təbiidir. Mən Sizdən çox üzr istəyirəm, ona görə ki, indiyədək biz şəxsən tanış deyilik. Mən çox arzu edirəm ki, Sizin yanınıza gəlim, lakin işdən məni buraxmırlar.

Əziz Səməd, yəqin ki, Siz Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi haqqında çoxdan xəbərdarsınız. Bu məsələ barədə xalanız oğlu Hüseynalı Sizə məlumat verib və mən də müraciət edib, kömək istəyirəm.

Mən Ermənistanın Noyanberyan rayonunun Ləmbəli kəndində kolxoz sədri işləyirəm. İndi bizim kəndi 1948-ci ilin sonuna kimi Azərbaycana köçürürlər. Ancaq hansı ayda və hansı rayona köçürülməsi məlum deyil. Odur ki, bu məsələnin həlli haqqında mən Bakıya gələsi idim, məni buraxmadılar.

Ona görə də Sizdən bir xahiş eləmək istəyirəm. Verəcəyim zəhmətə görə məni bağışlayın.



Əzizim Səməd! Bizə kömək elə ki, köçəcəyimiz yer - rayon bizim iqlimə uyğun olsun. Məsələn: Qazağa, Ağstafaya, ya da Şəmkirə. Mənim fikrimcə bu rayonlarda bizim camaat uyğunlaşa bilər. Xahiş edirəm, bizim məsələ haqqında lazımi orqanlarla danışıb mümkün qədər kömək edəsiniz.

Məndən salam olsun Mehdixana, Yusifə, Vaqifə və bütün qohumlara. Hələlik, sağlıqla qalın.

Salamlarla Binnət İnsanov

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür