Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

400-dən çox abituriyent tələbə adından imtina etdi - VİDEO

03:40  |    25 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Universitetlər ödənişli əsaslarla birinci kursa daxil olan abituriyentlərdən illik təhsil haqqını qeydiyyat zamanı ödəməyi tələb edirlər. Bəzən bu məbləğ qəbul olunan şəxsin maddi vəziyyətinə uyğun olmadıqda isə abituriyent tələbə adını qazanmaqdan imtina etməli olur.

Halbuki, təhsil haqqının hissə-hissə ödənməsi yüzlərlə abituriyentin tələbə adını qazanmasına səbəb ola bilər. "Xəzər Xəbər" təhsil haqqının bir neçə hissəyə bölünərək ödənməsi təklifinin nə qədər real olduğunu araşdırıb.

Ödənişli ixtisaslara qəbul olunan abituriyentlərin təhsil haqqını ödəyib tələbə adını qazanmaları üçün verilən müddət sabah sona çatır. Ancaq bəzi universitetlərdə ödəniş məbləğinin yüksək olması bir yana, bu vəsaiti qeydiyyatdan keçən zaman bütöv halda öncədən tələb edilməsi bir çoxlarını tələbə adından məhrum edir.

Təsadüfi deyil ki, sonuncu qəbul imtahanlarında müsabiqəyə buraxılan abituriyentlərdən 440-ı ixtisas seçimi etsə də, ərizələrini təsdiqləməyiblər. Bu isə o deməkdir ki, onlar tələbə adını qazanmaqdan məcburi şəkildə imtina ediblər. Buna səbəb isə onların ödənişli əsaslarla təhsil almağa maddi imkanlarının kifayət etməməsidir.

Hazırda ali məktəblərdə bir illik təhsil haqqı 1000-6500 manat arasında dəyişir. Bu isə maddi imkanı nisbətən zəif olan ailələr üçün az rəqəm deyil.

Məsələ ilə bağlı Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq. Bildirdilər ki, təhsil haqqı 1-ci kursda qeydiyyat zamanı tamamilə ödənilməlidir. Ancaq növbəti kurslarda hissə-hissə ödəmək mümkündür. Neft və Sənaye universitetindən də bildirdilər ki, 1-ci kursa daxil olan tələbələrin bütün ödənişi öncədən vermələri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir. Ancaq bu qaydalara baxmayaraq, universitetdə oxumaq istəyən tələbələrə ali təhsil müəssisəsinin özü tərəfindən güzəştlər edilir.

Təhsil ekspertləri isə hesab edirlər ki, birinci kursa daxil olanlar üçün təhsil haqqının hamısının bəri başdan tələb olunması abituriyentləri təkcə tələbə adını qazanmaqdan məhrum etmir, eyni zamanda oğlan abituriyentləri ali təhsildən tamamilə uzaqlaşdırır.

Mütəxəssislərin fikrincə, Azərbaycanda da təhsil haqqının hissə-hissə bölünərək ödənməsi həyata keçirilə bilər. Çünki bu təcrübə artıq dünyanın bir sıra ölkələrində tətbiq olunur.

Ancaq reallıq odur ki, 1-ci kursa daxil olanlardan təhsil haqqının öncədən alınması qaydası bütün ali məktəblərdə eynidir. Ancaq maliyyə durumu sabit olan az sayda universitet tələbələrinə bəzi güzəştlər tətbiq edə bilirlər. Bu addım universitetlər üçün ixtiyari xarakter daşıdığından hər il onlarla tələbə ali təhsildən kənarda qalır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub