Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Prokuror məmur ərini öldürən qadına ağır cəza istədi

00:38  |    25 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında X.İsgəndərovanın 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi avqustun 26-na təyin edilib.

Növbəti prosesdə X.İsgəndərova son söz deyəcək.

İttihama görə, 2014-cü ilin sentyabr ayında 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı X.İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

2015-ci il noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb
18.11.2019
Tofiq Yaqublu azadlığa buraxılıb
18.11.2019
"Azəriqaz": Bakıda 10 massivdə qazlaşma işləri davam edir
18.11.2019
Məşhur şadlıq sarayında kütləvi zəhərlənmə: Bəy və gəlinin halı pisləşdi