Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Bakıda daha beş nəfəri gün vurdu - QIZMAR İSTİLƏRİN FƏSADI -VİDEO

19:40  |    23 Avqust 2016  |   E-mail  |  Çapa göndər

"Son 3 gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 5 müraciət daxil olub. Yay mövsümü başlayandan bu günə kimi isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 69 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 29 nəfəri xəstəxanaya yerləşdirilib”.


Bu açıqlamanı APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev verib.

Onun sözlərinə görə, gün vuranların 13 nəfəri uşaqdır, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Bu il günvurma hadisələrinin sayının ötən illərlə müqayisədə az olduğunu deyən R. Nağıyev həmçinin bildirib ki, havanın həddən çox isti keçdiyi vaxtlarda insanlar açıq havada qalmaqdan çəkinməlidir:

“Saat 11.00-17.00 aralığı günəşin daha çox göründüyü vaxt hesab olunur. Bu baxımdan açıq havada qalmaq təhlükəlidir. İnsanlar açıq havada istirahətlərini 17:00-dan sonra həyata keçirməyə üstünlük verməlidirlər. Əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq ümumiyyətlə, məsləhət görülmür. Kənd təsərrüfatı, tikinti, kommunikasiya və digər sahələrdə çalışanlar zərurət olmadığı təqdirdə, işi kölgədə həyata keçirməlidirlər”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Tbilisidə silahlı insident: Həyətdə oynayan uşaqlara atəş açıldı - VİDEO
04.06.2020
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib - VİDEO
01.06.2020
Avropa Olimpiya Komitəsinin prezidenti vəfat edib
30.05.2020
Bərdədə ana və qızını ölümdən xilas edən polis bıçaqlandı - TƏFƏRRÜAT
29.05.2020
Kim Çen In Prezident İlham Əliyevə məktub yazdı