Qazaxda yerləşən Avey Dövlət Mədəniyyət Qoruğunun ərazisində, Damcılı mağarasında aparılan arxeoloji qazıntılar zamanı 7 min il əvvəl neolit dövrünə aid alətlər aşkarlanıb.

Qoruğun direktoru Səadət Əliyeva bildirib ki, bir neçə ildir Tovuzda Göytəpə, Hacıələmxanlı və digər qədim yaşayış məskənlərində arxeoloji qazıntılar aparan yaponiyalı mütəxəssislər Tovuz və Qazaxın yaxın olmasını və buradan tapılan alətlərin daha qədim olduğunu düşünürlər.
Yaponiyalı arxeoloq Yoşihiro Nişiaki Damcılıda arxeoloji qazıntılar zamanı elmə yararlı kifayət qədər materiallar əldə etdiklərini vurğulayıb: “ Məqsədimiz ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Qazıntılar zamanı buna nail ola bildik”.
Qeyd edək ki, Damcılıda ilkin mərhələdə aparılan qazıntılar yekunlaşıb. Növbəti ildən yapon və yerli arxeoloqlar daha geniş ərazidə tədqiqat işlərinə start verəcəklər.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər