Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Sabah hava necə olacaq?

16:48  |    23 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Avqustun 24-də Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək.

Bu barədə məlumat Qaziler.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətlik gecə 55-65%, gündüz 25-35% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, günorta vaxtı isti temperatur diskomfortu və bəzi saatlarda havada yaranan durğunluq meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 18-23° isti, gündüz 34-39°, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub