Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

5 ulduzlu otelləri başa düşdük, bəs 2 ulduzlu?

18:46  |    22 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Bu il yay tətili keçirmək istəyən yerli və xarici turistlərin otel qiymətləri ilə razılaşmadıqları açıq-aydın ortadadır. Aparılan sorğulardan bu qənaətə gəlmək olar. Məsələ orasındadır ki, 5 ulduzlu otellərdə qiymətlərin baha olması qəbul edilən olsa da, 2 ulduzlu ortellərdəki xidmət haqlarının çox olması təəccüb və narazılıqlar yaradır. Ötən il ölkə başçısı prezident İlham Əliyev Nazirlə Kabinetinin toplantısında bu məsələyə toxunarkən bildirib ki, Azərbaycanda 2 ulduzlu otellər daha çoxdur, lakin aztəminatlı ailələr belə onlardan istifadə edə bilmirlər.

Turizm sahəsində güclü perspektivə malik olan qonşu Gürcüstandakı 2 və ya 3 ulduzlu otellərdəki qiymət burada yerləşən otellərdən 2-3 dəfə ucuzdur. Xüsusilə də Türkiyədə baş verən hadisələrdən dolayı turist axınının Türkiyəyə qonşu olan Qafqaz ölkələrinə doğru irəlilədiyi vaxtda təklifin tələbə uyğunlaşmaması süni qiymət artımı deməkdir. Digər tərəfdən isə rayonlarda istirahət edən yerli turistlərimiz də xidmətin gündəlik yer haqqını ödəmədiyin deyirlər. Lakin ortada başqa bir nüans da var. Burada vergi orqanlarının rolu varmı?

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirib ki, zaman-zaman mütəxəssislər ölkəmizdəki otel qiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların (vergi, hüquq mühafizə və s) təsiri nəticəsində formalaşdığını vurğulayırlar:

“Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda otel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, otellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil. Prezident də bu informasiyaya əsaslanaraq vergi orqanlarına ciddi xəbərdarlıq etdi”.

Azərbaycanda iki-üç ulduzlu otellərin qıtlığından danışan ekspert deyir ki, otel biznesi ilə məşğul olanlar daha yüksək ulduz almağa meyillidirlər. Çünki 5 ulduzlu otelin vergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzlu otellərin ödədiyi vergi 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Belə olarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz.

Turistlərin dediklərin arxasında vergi orqanları dayanırsa, bu barədə baha olan otelləri günahlandırmaq olmaz. Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov deyir ki, 2-3 ulduzlu otellərin sayının az olması əhali arasında bahaçılıq termini yaradır. Azərbaycanda ucuz otellərin də kifayət qədər olduğunu deyən nazir müavini qonşu Gürcüstanla müqayisədə qat-qat ucuz otellərimizin olduğunu sözlərinə əlavə dib: “Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan otellərində olan qiymətlər müqayisə edildikdə müəyyən edildi ki, Bakıda ucuzluqdur. Azərbaycanda bu sahədə problem 2-3 ulduzlu otellərin sayının az olmasıdır. Çünki təklif çox zəifdir” - nazir müavini deyib.

N.Səmədov qeyd edib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu otellərin tikilməsinə holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər:

“Onlara bu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu otelə qoyulan investisiya çox ulduzlu otellərlə müqayisədə daha tez geri qaytarılır. Ona görə az ulduzlu otellərin tikintisi sahəsində çalışmaq lazımdır”.

Aldığımız məlumatlara görə, Azərbaycanda ən bahalı otellərin qiyməti 1500-11000 manat arasında dəyişir. Ən ucuz otellərin qiyməti isə 10 manatdan 45 manat arasında dəyişir. Göründüyü kimi otellər arasında qiymət amplitutunun yüksək olması da əsas problem yaradan səbəblərdən biridir. Ən ucuz otellər “tələbə yataqxanası”ndan fərqlənməyən görünüş və şəraitə malikdirsə, ən bahalı otellər bəzən bizdə qızıldan “Caqquzisi” olan bir şəraitin təsəvvürünü yaradır.


Rüfət Soltan


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanda yeni hərbi təyinatlı dron sınaqdan keçirilib
21.09.2019
Rafael Cəbrayılovun milyonluq villası üzə çıxdı - Foto
21.09.2019
Bazar gününün hava proqnozu açıqlanıb
21.09.2019
Elçin Şıxlı İTV-də işə başladı
21.09.2019
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub