Rio Olimpiya Oyunlarının futbol yarışında finalda Braziliya və Almaniya yığmaları üz-üzə gəlib.

Oyunda hesabı 27-ci dəqiqədə Neymar açıb. Almaniya bu qola 59-cu dəqiqədə Meyer ilə cavab verib.
90 dəqiqənin sonunda və artırılan əlavə 30 dəqiqədə başqa qol olmayıb. Penaltilərdə Almaniyanın heyətində Nils Petersen vuruşu dəqiq yerinə yetirə bilməyib. Son penaltini qola çevirən “Barselona”nın ulduzu Neymar isə Braziliyaya tarixində ilk dəfə olimpiya çempionu adını qazandırıb.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər