Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Teatrlar əməkdaşlıq edəcək

23:34  |    01 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Milli Dram Teatrından Qaziler.az-a verilən məlumata görə, Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Branko Miliç və bu ölkənin Bakıdakı fəxri konsulu Vüqar Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovla görüşüblər.

Teatrın mətbuat xidmətindən bildirilib ki, professor İsrafil İsrafilov səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Direktor qonağa Azərbaycan teatrının tarixi haqqında ətraflı məlumat verib, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən teatrımızın qətiyyətlə ölkənin hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Akademik Milli Dram Teatrının direktoru əməkdaşlığın genişlənməsində qarşılıqlı qastrol səfərlərinin önəmini xüsusi vurğulayıb. Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində isə Monteneqro yazıçılarının əsərlərinin tamaşaya qoyulmasını təklif edib. Səfiri Branko Miliç və fəxri konsul Vüqar Əliyev bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür