Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Sinoptiklər xəbərdarlıq edir - 42° isti

17:18  |    20 Avqust 2016  |   E-mail  |  Çapa göndər


İstirahət günü Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 25-35% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.

Avqustun 21-də Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40°, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42°-dək isti olacağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq