Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı – FOTOLAR

01:31  |    19 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Məscidi-Haram İşləri Rəhbərliyi Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi 15 Zilqədə gecəsi Kəbə örtüyünü 3 metr yuxarı qaldıraraq Həcc hazırlıqlarına başlayıb.

Qaziler.az "A24.az"-a isrinadən bildirir ki, Kəbə Örtüyü fabrikinin baş direktoru Məhəmməd Abdullah məsələ ilə bağlı danışarkən bunun örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edildiyini bildirdi. Bir çox insanın Kəbə örtüyünə toxunmaq və bəzilərinin örtükdən bir parça kəsmək istədiyini qeyd edən Abdullah bu halların qarşısını almaq məqsədilə Kəbə örtüyünün yuxarı qaldırıldığını və Kəbənin həmin hissəsinin 47 metrlik ağ parça ilə örtüldüyünü bildirib.

Pərdə yuxarı qaldırılarkən orada ibadət edən insanlar bu tarixi ana şahidlik etdikləri və Kəbənin özünü gördükləri üçün sevincli olduqlarını bildiriblər.

Əvvəllər Misirdə hazırlanan Kəbə örtüyü kral Abdullahın əmri ilə Məkkədə açılan fabrikdə hər il hazırlanır. 14 metr hündürlüyü, 45 metr eni olan və 16 parçadan yaradılan örtü Hudeybiye yolu üstündə olan fabrikdə 1 il ərzində yalnız bir ədəd istehsal olunur. 6 milyon dollara başa gələn Kəbə örtüyünün istehsal olunmasında təxminən 700 kq saf ipək ilə 120 kq qızıl və gümüş sapdan istifadə edilib. Qızıl işləmədən istifadə edilən və tamamilə ipək olan örtükdə Qurani Kərimdən 16 ayə yer alıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Livanda Süleymaniyə abidə qoyuldu - Foto - Video
17.02.2020
Hərbi təyyarənin raketlə vurulma anı - ANBAAN VİDEO
17.02.2020
Rusiyanın Türkiyədəki səfiri yenə hədələndi, təhlükəsizliyi gücləndirildi
17.02.2020
Avropa Birliyi öz qurduğu tələyə düşdü - Puşkov
16.02.2020
Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia