Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

TRT telekanalında “Qarabağın səssiz fəryadı” adlı sənədli filmin təqdimatı olub

19:29  |    01 Aprel 2015  |   E-mail  |  Çapa göndər

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Türkiyə Radio Televiziyasında (TRT) “Qarabağın səssiz fəryadı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Türkiyə səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra soyqırım qurbanları və Azərbaycanla Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və TRT-nin baş direktoru Şenol Göka çıxış ediblər. Natiqlər çıxışları zamanı Heydər Əliyevin 1998-ci ildə 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü elan etməsinin ermənilərin xalqımıza qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi soyqırım aksiyalarının dünya ictimaiyyətinə çatdırılmasına əhəmiyyətli mühüm rol oynadığını, bu istiqamətdə gördüyü işlərin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və 31 Mart azərbaycanlıların soyqırımı gününün Türkiyədə qeyd edilməsinin iki qardaş ölkənin hər zaman yan- yana olduqlarının göstəricisi olduğunu qeyd ediblər.

Sonra TRT-nin hazırladığı “Qarabağın səssiz fəryadı” filmindən fraqmentlər nümayiş etdirilib.

Qeyd edək ki, sözügedən sənədli film TRT Avaz kanalı vasitəsi ilə yayımlanmağa başlayıb. Həmçinin, TRT-nin müxtəlif kanalları azərbaycanlıların soyqırımı günü ilə bağlı verilişlərə geniş yer ayırıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür