Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Azərbaycan Xüsusi Təyinatlılarının təlimi başlayıb - FOTO

20:43  |    11 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, təlim sahəsinə gələn Müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb.

Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər.

Şəxsi heyətlə görüşən Müdafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.










Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı
26.05.2020
"Moskva Qarabağ məsələsində Bakını dəstəkləyir" - Rusiyalı politoloq
26.05.2020
Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı
25.05.2020
Misir mediası Qarabağla bağlı bəyanat yaydı
24.05.2020
XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir