Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Yardım edilən insan alveri qurbanlarının SAYI AÇIQLANDI

17:26  |    11 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ildə ümumilikdə 65 nəfər şəxsə müvafiq yardımlar göstərib.

ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, onlardan 50 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 15 nəfərini isə ixtisaslaşmış QHT-lər tərəfindən istiqamətləndirilən, insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər (potensial insan alveri qurbanları) təşkil edib.

Ümumilikdə 20 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 6 nəfərə tibbi yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb. Həmçinin mərkəzin müraciəti əsasında 17 nəfərin məşğulluğunun təmin edilməsi, 3 nəfərin peşə hazırlığına cəlb olunması üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər görülüb. Hazırda həm insan alveri qurbanları, həm də potensial insan alveri qurbanlarının bir qismi ilə işlər davam etdirilir.

Eyni zamanda mərkəz cari ilin ötən dövründə ölkənin regionlarında yerləşən peşə məktəbi və liseylərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər də keçirib. Bu tədbirlər son günlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində davam etdirilib.

Qeyd edək ki, bu tip maarifləndirmə tədbirləri dövlət başçısının 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən həyata keçirilir. Qeyd olunan tədbirlərin bu həftə respublikanın ayrı-ayrı rayonlarında gənclər arasında davam etdirilməsi planlaşdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq