Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

“Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda tədbir keçiriləcək

16:36  |    11 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Heydər Əliyev mərkəzində “Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda konfrans keçiriləcək.

Cari ilin 15 avqust tarixində saat 15:00-da Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Talassemiya Federasiyasının tәşәbbüsü, Azərbaycan Qan Donorları Assosiasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Talassemiya Federasiyasının mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafına diqqətin cəlb edilməsi və talassemiya haqda ətraflı məlumatın verilməsi, eləcə də KİV nümayəndələrinə qan donorluğunun inkişafına verdikləri töhfəyə görə minnətdarlığımızı bildirməkdir.

Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Belə ki, qeyd olunan dəyirmi masadan sonra çox saylı Dövlət və Kommersiya təşkilatları qan vermə aksiyalarına qoşulmuşdur. Məlumdur ki, hal-hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və bu pasiyentlərin həyatı kütləvi keçirilən qanvermə aksiyalarından asılıdır.

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Federasiyası donorluq mədəniyyətini, xüsusilə də korporativ donorluq ideyalarını geniş təbliğ edən ictimai təşkilatdır. Korporativ donorluq təşkilatda sosial məsuliyyətin formalaşmasına və güclənməsinə, korporativ mədəniyyətin inkişafına xidmət edir. Qan donorluğunun irəlilədilməsi məqsədi ilə Azərbaycan Talassemiya Federasiyası, Mərkəzi Qan Bankı və Qan donorları Assosiasiyası müxtəlif tədbirlər keçirir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi
23.01.2020
Bakıdakı 2 yaşayış massivinə təbii qaz verilib
23.01.2020
Bu ərazidə qaz olmayacaq
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib