Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Ahıl və tənha vətəndaşların sosial adaptasiyası layihəsiylə bağlı tədbir keşirilib

16:00  |    11 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində Ahıllara və Tənhalara Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası" layihəsnin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib. Bu barədə QAZİLER.AZ-a adıçəkilən təşkilatdan xəbər veriblər.

Təqdimat mərasimini giriş sözü ilə açan Ahıllara və Tənhalara Dəstək ictimai birliyinin sədri və layihə rəhbəri Ruhiyyə Məmmədova bildirib ki, bu bir pilot layihə olaraq, həmin ərazidə yaşayan ahıl və tənha insanların sosial adaptasiyasını nəzərdə tutur. Layihə çərçivəsində monitorinqlər aparılmış və Binəqədi rayonunun 6,7,8 və 9-cü mikrorayonlarda sosial xidmətlərə ehtiyacı və hüquqi olan 14 vətəndaş müəyyən olunub. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə siyahı yollanmış və həmin vətəndaşların bu xidmətdən yararlanmaları üçün müvafiq işlər aparılır.

Eyni zamanda pilot ərazidə sosial məişət xidməti alan 25 ahıl vətəndaş arasında mini sorğular təşkil edilmişdir. Sorğular əsasən sosial işçilərin davranışı, istifadə olunan xidmətlərin tərkibi və yeni arzu olunan xidmətlərlə bağlı olub.



Layihə rəhbəri eyni zamanda qeyd edib ki, Bundan başqa Binəqədi rayonunun 6,7,8 və 9-cü mikrorayonlarda yaşayan ahıl və tənha vətəndaşlar üçün teatr turları təşkil edilib. Tur çərçivəsində İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” və Hüseynbala Mirələmovun “Miras” tamaşalarına 14 ahıl vətəndaş baxmışdır. Daha sonra layihə çərçivəsində görülən işlər barəsində slayd və video-çarx nümayiş olunub.



Tədbirdə iştirak edən Vətəndaşların Sosial Rifahı İB-nin sədri İradə Rzazadə, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, "Xocalı Soyqırımını Tanıma" İB-nin sədri Şamil Sabiroğlu, digər QHT və ictimaiyyət nümayəndələrindən İradə Əlili, Samir Adıgözəlli, Bəsti Nəsibova, Ələkbər Həşimov, Tofiq Əliyev, Çiçək Həsənova, Şəfaqət Dağıstanlı, Rəsmiyyə Allahverdiyeva, Günel İsayeva, Tahirə Nağıyeva, İlqar Əliyev, Həqiqət Əsədova, Cahangir Sabiroğlu, Elxan Rəsuloğlu, Səbuhi Əliyev və digərləri layihənin əhəmiyyətindən, ahıl və tənha vətəndaşlara dövlətin qayğısından, vətəndaş cəmiyyəti təşkilatlarının da bu prosesdə iştirakı məsələlərindən danışıb və təkliflərlə çıxış ediblər.

Tədbirin sonundan təşkilatın sədri Ruhiyyə Məmmədova aktiv fəaliyyəti, ahıl və tənhalarla göstərdiyi xidmətlərə görə, "Döyüşçu" qəzetinin fəxri fərmanı ilə təltif olundu

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq