Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Azərbacyanlı idmançı dünya rekordu ilə olimpiya çempionu oldu

14:07  |    11 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb.

Qaziler.az-ın məlumatına görə, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub.

O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı
22.05.2020
İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
21.05.2020
Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək
20.05.2020
Həbib Nurmuhəmmədovun kəndi karantinə görə bağlandı