Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6658

Digər sorğular

Dövlət İmtahan Mərkəzinin hüquqlarından biri ləğv edilib

22:26  |    10 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Dövlət İmtahan Mərkəzinin hüquqlarından biri ləğv edilib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.

Digər dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzinə fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq və dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququ verilib.

Qeyd edək ki, indiyə qədər qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparılması və nəticələrinin Prezidentə və Təhsil Nazirliyinə təqdim edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyi arasında mübahisələrə, ictimai müzakirələrə səbəb olub.

TQDK-nın səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib
21.01.2020
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir