Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Bu il neçə Qarabağ əlilinə ev verilib? - RƏSMİ

18:00  |    09 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Bu ilin ötən dövründə 223 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib.

ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzili, respublikanın 30-a yaxın rayonunda (Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Sabirabad, Biləsuvar, İmişli, Füzuli, Oğuz, Şəki, Ağcabədi, Tərtər, Zaqatala, Balakən, Tovuz, Ağdaş, Samux, Cəlilabad və s.) 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 nəfər Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib.

Bundan başqa, ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir (Digərləri İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir.) Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.



Eyni zamanda, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı istiqamətində 2014-2015-ci illərdə ƏƏSMN tərəfindən 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin olunub ki, bu da indiyədək nazirlik tərəfindən avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6 faizini təşkil edir.



Həmçinin cari ilin iyulun 1-nə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxunu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir.



Bildirilir ki, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin ali təhsil alan övladları da xüsusi qayğı ilə əhatə olunublar. Belə ki, ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə imkan yaradıb. Dövlət başçısının 18 iyul 2016-cı il tarixli Sərəncamı ilə həmin insanların Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli təhsil alan övladlarının da təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi də nəzərdə tutulur.

Ümumilikdə ƏƏSMN ölkənin paytaxtında və bölgələrində 15 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdə hər il orta hesabla 8 min nəfərdən çox əlilliyi olan şəxs dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunur. Cari ilin birinci yarımilində Nazirliyin bərpa mərkəzlərində 3891 nəfər reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçib. Təkcə bu ilin yanvar-iyul aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan insanlara 20,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ümumilikdə 8,4 min nəfərə yaxın əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib ki, onlardan 1000 nəfərə yaxını Qarabağ müharibəsi əlilləri olub.
Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. Həmin əlilliyi olan şəxslərdən bir hissəsini də məhz Qarabağ müharibəsi əlilləri təşkil edib.
Bu təbəqədən olan insanların yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahətlərinin təşkili, sanator-kurort yollayışları ilə təmin olunmaları, yaradıcılıq imkanlarının dəstəklənməsi, sosial-məişət problemlərinin həlli üçün birdəfəlik maddi yardımlarla təminatı və s. istiqamətlərdə də müvafiq işlər görülür. Digər tərəfdən, əmək qanunvericiliyində Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün əmək münasibətləri sahəsində bir sıra imtiyaz və güzəştlər müəyyən olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq