Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Azərbaycan Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının açılış mərasimində - FOTO - VİDEO

13:00  |    06 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Aşılış mərasimində Azərbaycan bayrağını boksçu Teymur Məmmədov daşıyıb.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Trend Agentliyi idmançılarımıza uğurlar arzu edir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı
22.05.2020
İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
21.05.2020
Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə iştirak edəcək
20.05.2020
Həbib Nurmuhəmmədovun kəndi karantinə görə bağlandı