Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

32 avtobus sürücüsü işdən azad edildi: 78 nəfərə şiddətli töhmət

21:47  |    04 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Bakı Nəqliyyat Agentliyi yarandığı gündən “Alo 141” çağrı mərkəzinə daxil olan şikayətlər əsasında 32 sürücünü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad edib. Bu barədə Lent.az-a agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, sürücünü işdən çıxartmaq daşıyıcı şirkətə məxsusdur: “Sürücü daşıyıcı şirkətlə müqavilə əsasında işləyir. Bakı Nəqliyyat Agentliyi “alo 141”ə gələn şikayətlər əsasında daşıyıcı şirkət qarşısında konkret sürücü ilə bağlı məsələ qaldırır".


“Alo 141” çağrı mərkəzi hazırda paytaxt nəqliyyatı ilə bağlı ümumi sualların, şikayətlərin cavablandırılacağı yeganə ünvandır. Çağrı mərkəzinə əsasən 16, 18, 21, 96, 124, 148, 150, 155, 168, 173, 175, 198 saylı marşrut xətlərində çalışan sürücülərdən şikayət daxil olub. Bu şikayətlər araşdırıldıqdan sonra 78 sürücü və digər məsul şəxs xəbərdarlıq və şiddətli töhmət alıb.

N. Allahyarova deyib ki, paytaxtda sərnişin daşınmasında istifadə olunmaqda olan istismar müddəti bitmiş və yararsız halda olan avtobuslarla bağlı Bakı Nəqliyyat Agentliyində tələblər işlənib: “Həmin tələblərə cavab verməyən avtobuslar bu ilin sonuna qədər mərhələli şəkildə xətdən çıxarılacaq, tam standartlara cavab verən avtobuslarla əvəzlənəcək. Bununla bağlı konsepsiyaya hazırlanıb. Konsepsiyaya əsasında zamanla bütün avtobuslar yenilənəcək. Konsepsiya bu ilin oktyabr ayından başlayaraq tətbiq olunmağa başlayacaq. Bununla bağlı sahibkarların qarşısına şərt qoyulub”.

Bundan başqa yeni konsepsiyaya görə, sərnişin daşınmasında istifadə edilən avtobus və taksilərin salonlarında həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanı, sürücünün adı, soyadı və hər hansı bir neqativ hal baş verən zaman sərnişinin birbaşa müraciət edə bilməsi üçün “Alo 141” çağrı mərkəzinin nömrəsi də yazılacaq: “Bununla da, sərnişinlər sürücü ilə ünsiyyət qurmadan birbaşa Bakı Nəqliyyat Agentliyinin çağrı mərkəzinə zəng edərək şikayətlərini rəsmiləşdirə bilərlər. Həmçinin, bütün avtobusların salonuna nəzarət kamerası yerləşdiriləcək. Hesab edirik ki, bu yolla sürücülər daha məsuliyyətli olacaqlar”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub