Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

İran-Azərbaycan jurnalistlərinin dostluq qrupu yaradılacaq

21:05  |    04 Avqust 2016  |   E-mail  |  Çapa göndər

İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında olub. Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov qonağı salamlayaraq bildirib ki, tarixən qonşu olan hər iki ölkənin əlaqələri heç vaxt indiki kimi geniş və əhatəli olmayıb.

İstər əməkdaşlığın möhkəmləndirilməsində, istərsə də görülən işlər barədə ölkələrin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparıcı qüvvə olaraq qalır. Səfirlik rəsmisi ilə görüşdə məqsəd bu günədək həmin sahədəki vəziyyəti təhlil etmək, əlaqələrin inkişafına xidmət edəcək yolları müəyyənləşdirməkdir. Şura sədri «Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2016-2018-ci illər üçün mədəniyyət, incəsənət və turizm üzrə Mübadilə Proqramı» layihəsinin də bu işlərin əlaqələnldirilməsi baxımından əhəmiyyətini qeyd edib. Eyni zamanda Xəzəryanı ölkələrin media qurumlarının bir araya gətirilməsində Azərbaycan və İran jurnalistlərinin fəal rol oynama imkanlarından danışıb.

M.Nəcəfli MŞ sədrinin təşəbbüsünü dəstələyərək bildirib ki, bu işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı.

Tərəflər jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığını nəzərə alaraq belə səfərlərin davam etdirilməsi barədə razılığa gəliblər. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədə uyğun sayılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq