Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Ünvanlı Sosial Yardımların verilməsi dayandırılmayıb- NAZİRLİK

18:44  |    04 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Ünvanlı dövlət sosial yardımların təyinatında neqativ hallara yol verilməsi səbəbindən dayandırılacağı barədə yazılar böhtan şantaj xarakteri daşıyır. Bu barədə QAZİLER.AZ saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev açıqlamasında vurğulayıb.

Cari ilin ötən dövründə75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin edilib.

“Son günlər bəzi KİV-lərdə ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulması, bu sistemin tam şəffaflaşdırılması yönündə aparılmış uğurlu islahat tədbirini məqsədli şəkildə gözdən salmağa, ləkələməyə çalışan yazılar dərc olunur. Bir sıra mətbu orqanlarda dərc olunmuş, guya ünvanlı dövlət sosial yardımlarının təyinatında neqativ hallara yol verilməsi və bu səbəbdən bu yardım proqramının dayandırılacağı barədə yazılar açıq-aşkar böhtan və şantaj xarakteri daşıyır”.

E.Babayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il fevral ayının 15-dən tətbiqinə başlanan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin tam şəffaf şəraitdə həyata keçirilməsini təmin edir. Bu sistem aztəminatlı ailələrin bu sosial yardım növündən heç bir məmur müdaxiləsi mümkün olmadan, tam şəffaf şəraitdə faydalanmasına imkan verib: “Ünvanlı sosial yardım üçün müraciətin edilməsi, bu müraciətə baxılması, yardımın təyin olunub-olunmaması barədə qərar verilməsi, hətta bu qərar barədə vətəndaşın məlumatlandırılması prosesi tam avtomatlaşdırılmış qaydada yerinə yetirilir. Yəni ünvanlı sosial yardım təyinatı prosesində heç bir məmur, ümumiyyətlə, insan faktoru işirak etmir və bu mümkün də deyil. Belə olan halda ünvanlı sosial yardımların təyinatında hansısa korrupsiya halına yol verildiyini yazmaq cəmiyyətə bilərəkdən yalan məlumat verməyə, bu gün beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən müasir və şəffaf bir sistem barədə məqsədli şəkildə böhtan yaymağa, mənfi ictimai fikir formalaşdırmağa hesablanıb”.

E.Babayev hazırda ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin normal qaydada fəaliyyət göstərdiyini qeyd edib: “Cari ilin 15 fevralından tətbiqinə başlanılan bu sistem tərəfindən ötən müddətdə 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin edilib. Qeyd etdiyimiz kimi, bu təyinatların heç birində insan faktoru iştirak etməyib. Ümumiyyətlə, ünvanlı sosial yardım təyinatı üçün hansısa məmura deyil, məhz elektron qaydada müraciət edilir. Burada məmur-vətəndaş təması qətiyyən baş vermir və mümkün deyil”.

Yazıda ünvanlı sosial yardım alanların sayı ilə bağlı məlumatın da qəsdən şişirdildiyini bildirən E.Babayev diqqətə çatdırıb ki, yardımların ödənişi də hər ay normal qaydada davam etdirilir.

Guya ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə qeyd edilənlərə gəldikdə isə E.Babayev bunun da heç bir əsası olmayan məlumat olduğunu və bilərəkdən ictimai fikri çaşdırmağa xidmət etdiyini vurğulayıb: “Artıq dəfələrlə KİV-ə məlumatlar verilib ki, özünüməşğulluq proqramının icrası ünvanlı sosial yardım proqramının dayandırılmasına dəlalət etmir və hər iki proqram paralel şəkildə həyata keçiriləcək. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına aztəminatlı ailələrin özünüməşğulluğuna şərait yaradılacaq. Hansı ailələr ki, ailə üzvlərinin əmək potensiaları, işləmək, gəlir əldə etmək imkanları var, onlar seçiləcək, onlar üçün kiçik ailə təsərrüfatları yaradılmaqla, onların özünüməşğulluğu təmin ediləcək. Artıq yaxın vaxtlarda belə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması, yəni onlar üçün kiçik ailə təsərrüfatlarının yaradılması istiqamətində praktik işlərə başlanacaq. Lakin hansı ailələr ki, qeyd edilən əmək potensialları, yəni özünüməşğulluq proqramına cəlb edilmək üçün imkanları yoxdur, onların ünvanlı dövlət sosial yardımları ilə təmin edilməsi prosesi davam etdiriləcək. Ona görə də ünvanlı dövlət sosial yardımı proqramının ləğv olunacağı barədə cəmiyyəti çaşdırmağa yönələn məlumatların heç bir əsası yoxdur”.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq