Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6658

Digər sorğular

Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək - VİDEO

01:59  |    04 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək.

Artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq da edilib. Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Elə sahibkarları da bu müddət ərzində harada işləyəcəkləri narahat edir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır.

Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.

"Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, yeni obyektlərlə bağlı narazılığı olan sahibkarlar onlara müraciət edə bilərlər.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib
21.01.2020
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir