Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Cəbhəboyu zonada zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərcik istifadəyə verilib

00:24  |    03 Avqust 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, avqustun 2-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində zabit ailələri üçün daha bir yaşayış kompleksi və yeni hərbi şəhərciyin açılışında iştirak edib.
Hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan və hər biri 3 otaqdan ibarət 48 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli mənzillər mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərcikdəki obyektlərlə tanış olub.
Müdafiə naziri şəxsi heyətlə görüşdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Dövlət rəhbərliyinin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələrin artıq 70 faiznin sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edildiyini bildirən Müdafiə naziri, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduya yeni silah və texnikaların alınması, yeni hərbi hissələrin açılışı, zabitlər üçün yeni xidməti və daimi mənzillərin verilməsinin döyüş hazırlığına, nizam-intizamın yüksəldilməsinə birbaşa təsir göstərən amillərdən olduğunu xüsusi qeyd edib.
Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə maraqlanıb, müvafiq göstəriş və tövsiyələrini verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələndi
06.06.2020
Avtobuslar ayın 8-də saat neçədən işləyəcəklər? - RƏSMİ CAVAB
06.06.2020
Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib - FOTO
06.06.2020
Əhməd Əhmədzadənin kürəkəninin Türkiyədə milyonluq biznesi aşkarlandı
06.06.2020
Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət - VİDEO