Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Azad Rəhimov qalib karateçilərlə görüşdü

18:53  |    31 Mart 2015  |   E-mail  |  Çapa göndər

"Sizin bu qələbəniz - qızıl, gümüş və bürünc medallar qazanmağınız ilk Avropa Oyunları ərəfəsində bizim üçün daha çox vacibdir".

Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib.

A.Rəhimov qeyd edib ki, Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçirilir, xalq tərəfindən də bu Oyunlara böyük dəstək var: "Biz bu dəstəyi, bu etimadı doğrultmalıyıq. Bizim təklifimiz ilə karatenin ilk Avropa Oyunlarının proqramına salınması vacib məsələdir. Biz bilirik ki, bizim yığmamız çox güclüdür, bu idman növü Azərbaycanda çox populyardır, geniş yayılıb".

A.Rəhimov karatenin gənclərin tərbiyə edilməsində mühüm rolu olduğunu da deyib: "Biz hazırda müharibə şəraitində yaşayırıq və bizim üçün sağlam gənclər, idmançılar çox lazımdır".

Nazir qeyd edib ki, Azərbaycanda karateçilərin məşqləri, onların tibbi müayinədən keçməsi üçün bütün şərait yaradılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
08.10.2019
Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?
07.10.2019
Erməni döyüşçü rinqdə türk idmançını boğub öldürmək istədi - VİDEO
06.10.2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...