Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

Nazirlik 32 nəfər əlili Şəkiyə istirahətə göndərdi

15:00  |    01 Avqust 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup əlil şəxsi istirahət və sağlamlıq mərkəzinə göndərdi.

Cari ildə nazirlik tərəfindən istirahətə göndərilən əlillərin sayı 730 nəfərə çatıb.



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32 nəfər əlil şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
Əlillərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əksini tapan tədbirlərdən biri də həmin insanların yaz-yay mövsümündə istirahətinin təşkilidir: “Proqrama əsasən, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən çox əlil şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 730 nəfərinin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub”.



Qeyd olunub ki, əlillərin maddi təminatlarının gücləndirilməsi, sosial müavinət və pensiyalarla təminatı yönündə görülən işlərlə bərabər, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirləri də davam etdirilir. Cari ilin birinci yarımilində nazirliyin xətti ilə 11 minədək əlil şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin bu il 70 nəfər əlilliyi olan şəxsin, valideynlərindən biri ilə bərabər 34 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicə kursu keçmələri təmin olunub.
İstirahətə göndərilən əlillər onların sosial müdafiəsinin gücləndirilməsinə, habelə mənalı istirahətlərinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO