Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Taleh Heydərov futbolçularına yüksək mükafat vəd etdi

13:41  |    29 İyul 2016  |   E-mail  |  Çapa göndər

Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında səfərdəki oyunun nəticəsinə (1:1) münasibət bildirib.

Qaziler.az Qol.az-a istinadən xəbər verir ki, T.Heydərov 1: 1 – i sərfəli nəticə adlandırıb: "1:1 bizim üçün sərfəli nəticədir. Biz böyük büdcəsi və tarixi olan bir komanda ilə heç-heçə oynadıq. Bu, Fransanın beşinci komandasıdır. Bu bizim üçün böyük bir nəticəsidir.

Tapşırıq var güclə oynamaq idi. Mən futbolçulara və məşqçilərə dedim ki, mərhələ adlayacağımız halda, bu uğuru "Qəbələ”nin kapitanı Cavid Hüseynova həsr edəcəyik.

Uşaqlar gərgin mübarizə apardılar və bizi sevindirdilər. Biz yeni hücumçu alacaq və daha da güclənəcəyik.

Mən ümid edirəm ki, azarkeşlər cavab oyununda bizə dəstək verəcəkdir. Biz həmişə azarkeşləri oyunlarımıza cəlb etmək üçün çalışmışıq. Amma bunu süni etmək olmaz. Onlar stadiona gəlməyi və azarkeşlik etməyi özləri istəməlidirlər. Bu, oyunu TV-də seyr etməkdən daha yaxşıdır. "Lill"lə cavab görüşündə nə qədər çox azarkeş olacaqsa, bir o qədər yaxşı olacaq. Rəhbərlik və futbolçular öz öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaqlar. Lazımdır ki, eyni şeyi azarkeşlər də etsinlər.

Əlbəttə, məndə elə bir inam yoxdur ki, biz "Lill"i ötüb keçəcəyik. Rəqibin bir çox şansı vardı, sadəcə bu gün bizim bəxtimiz gətirdi. Yəni "Qəbələ" bu qarşıdurmada favorit deyil.

Əlbəttə, biz "Lill"i yensək, oyunçular əvvəlki mərhələdə Gürcüstanın "Samtrediya" və Macarıstanın "MTK" üzərindəki qələbə ilə müqayisədə daha yüksək mükafat alacaqlar.

Çempionlar Liqasının ikinci matçında "Qarabağ"a Çexiya "Viktoriya"sı ilə oyunda uğurlar arzulayıram. Mən "Qarabağ"a onun adına və oyun stilinə görə azarkeşlik edirəm. Mənim komandanın baş məşqçisinə və oyunçularına hörmətim var. "Qarabağ" Avropa arenasında Azərbaycanı layiqincə təmsil edir. Cavab görüşündə onların qalib gələcəklərinə inanıram”.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
08.10.2019
Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?
07.10.2019
Erməni döyüşçü rinqdə türk idmançını boğub öldürmək istədi - VİDEO
06.10.2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...