Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Gəncə Bulvarında fiziki məhdud istedadların əl işləri sərgiləndi

19:15  |    28 İyul 2016  |   E-mail  |  Çapa göndər

“Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsinin rəhbəri, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, Gəncə şəhərində yerləşən “Gəncə Bulvarı” Parkında, açıq havada İstedadlı Əlillər ictimai birliyi fiziki məhdud istedadlı insanların əl işlərindən ibarət əsərlərin “Bacarıqlı əllər” adlı sərgisin təşkil etmişdir. Tədbir Azərbaycan Respublikasının Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" adlı layhəsi çərçivəsində təşkil olunmuşdur.

“Bacarıqlı əllər” adlı sərgidə 8 müəllifin 250 ədəd əl işlərindən ibarət əsərlərin satış sərgisi təşkil olunmuşdur. İstedadlı Əlillər ictimai birliyinin sədri Cavad Qasımov Layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, “Tədbirin keçirilməsində məqsədimiz fiziki məhdud istedadlı insanların fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır. Qeyd edim ki, bu günkü sərgiyyə çıxarılan əsərlər müəlliflərin özlərinin iştrakı ilə satışa çıxarılıb. Ümumiyyətlə regionlarda yaşayan fiziki imkanları məhdud istedadlı insanların fəaliyyətinin inkişaf etdirilməsinə Dövlətimiz həssaslıqla yanaşır və bu sahədə Dövlət proqramları bölgələrdə həyata keçirilir. Mən Gəncə ŞİHB-sı Elmar müəllimin bu sahədə gördüyü işləri xüsusi olaraq vurğulamaq istəyirəm. Bildiyiniz kimi Gəncə ŞİH mütamadi olaraq istedadlı insanlarımızın əl işlərinin sərgilərini təşkil edir və bu işdə maraqlı olan QHT-na hər cür şərait yaradılır. Fürsətdən istifadə edərək Gəncə ŞİHB-na və kollektivinə Birliyimiz adından təşəkkürümü bildirirəm”...



Tədbirdə çıxış edən Gəncə Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın muxbir üzvü İbrahim Cəfərov çıxışında vurğuladı ki, “Belə sərgiləri bizim Universitetdə də təşkil edin. Bu sərgidə gözəl və mükəmməl əl işləri nümayiş olunur”... İbrahim müəllim və GDAU-nin kollektivi satışa çıxarılan əsərlərdən aldılar.



Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri və Qeyri-Hökumət Təşkilatlarının rəhbərlikləri və nümayəndələri, İctimayyətin nümayəndələri, Ziyalılar, Gəncə şəhərinin sakinləri və qonaqları iştrak etmişdir. Tədbir Gəncə ŞİH-nin , “Məhsəti Muzeyi”-nin və İstedadlə Əlillər İctimai Birliyinin Gəncə Regional Filialının təşkilatı dəstəyi ilə təşkil olunmuşdur.



Tədbirin iştrakçıları Fəxri Fərman və Diplomlarla təltif edilmişdir.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq