Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6658

Digər sorğular

Azərbaycanda nə qədər sosial müavinət alan var?

18:00  |    28 İyul 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinət alanalrın sayını açıqlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev QAZİLER.AZ saytına bildirib ki, hazırda 364 min nəfər aylıq sosial müavinətlə təmin olunur. Onlardan 40,1 faizi əlilliyə, 4,1 faizi yaşa, 11,6 faizi ailə başçısını itirməyə görə aylıq sosial müavinət alır. Həmçinin aylıq sosial müavinət alanlardan 19,2 faizi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 13,4 faizi müharibə veteranlarıdır. Beşdən çox uşağı olan qadınların, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarının, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqların hər birinə görə də aylıq sosial müavinət ödənilir.

Müvafiq kateqoriyalardan olan digər şəxslər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin edilirlər.

Bununla yanaşı, uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid insanlara birdəfəlik müavinətlər verilir. Cari ildə nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 60660 nəfər təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib
21.01.2020
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir