Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Əsl Avropa Oyunları məhz Bakıda keçiriləcək, cənablar! - “Azərbaycan“ qəzeti

16:10  |    31 Mart 2015  |   E-mail  |  Çapa göndər

Rəsmi dövlət qəzeti olan “Azərbaycan” iki ay sonra Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı Britaniya mətbuatında yayılmış xəbərə cavab verib. Qeyd edək ki, İngiltərədə yayımlanan bir internet saytı əsl Avropa Oyunlarının gələn il Almaniyanın Berlin və Şotlandiyanın Qlazqo şəhərlərində keçiriləcəyini iddia edirdi. “Azərbaycan” qəzeti “Əsl Avropa Oyunları məhz Bakıda keçiriləcək, cənablar!” başlıqlı materialında bu iddiaları cavablayıb. Lent.az həmin materialı təqdim edir.

“Ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarına təxminən ayyarım vaxt qalır. Qitənin ən böyük idman tədbirinə hazırlıq işləri son mərhələdədir. Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsinin (AOK) dəstəyi ilə qısa müddətdə - cəmi 30 ay ərzində nəzərdə tutulan bütün tədbirləri yüksək səviyyədə icra edib başa çatdırmaq üzrədir. Artıq yarışların keçiriləcəyi idman obyektlərinin, demək olar ki, hamısı hazır vəziyyətdədir. Bu yaxınlarda oyunların açılış və bağlanış mərasimlərinin baş tutacağı Milli Stadion - ölkənin baş idman arenası qapılarını idmansevərlərin üzünə açıb. Avropanın 49 ölkəsinin 6 min nəfərdən çox atleti möhtəşəm idman festivalında 20 idman növündə, o cümlədən 16 olimpiya növündə mübarizə aparacaq. Ümumiyyətlə, “Bakı-2015” çərçivəsində 253 yarış keçiriləcək. Özü də ilk Avropa Oyunları çox innovativ olacaq və adi yarışlarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. “Bakı-2015”ə üçlük basketbol, çimərlik voleybolu, karate və s. kimi yeni idman növləri əlavə ediləcək.

Göründüyü kimi, tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının miqyası kifayət qədər genişdir. Belə bir məsuliyyətli idman tədbirini təşkil etmək o qədər də asan deyil. Şübhə yoxdur ki, AOK 8 dekabr 2012-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edərkən Azərbaycanın bu işin öhdəsindən gələ biləcəyinə əmin idi. Belə ki, ölkəmiz o vaxtadək bir sıra dünya və qitə miqyaslı turnirlərə ev sahibliyi etmiş və təşkilatçı kimi beynəlxalq idman ictimaiyyətinin təqdirini qazanmışdı. Əldə edilmiş təcrübə qitə Oyunlarını təşkil etmək üçün yetərli idi.

Eyni zamanda milli müstəqilliyin bərpasından sonra Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə, xüsusilə Olimpiya Oyunlarında uğurları diqqəti cəlb edir, nəticə etibarilə ölkəmiz idman ənənələri ilə seçilirdi. Təmsilçilərimizin son Olimpiadada - London-2012-də iştirakı xüsusilə yaddaqalan oldu: olimpiyaçılarımız 2-si qızıl olmaqla 10 medal qazandılar. Azərbaycan dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci oldu. Yəqin ki, bu fakt da AOK-un sözügedən qərarına öz təsirini göstərmişdi.

Başqa bir səbəb isə Azərbaycanın son dövrdə sürətli inkişafı ilə bağlı idi. Aydındır ki, iqtisadi-maliyyə gücü kifayət qədər olmayan bir ölkə Avropa Oyunlarının təşkili kimi məsuliyyətli vəzifənin öhdəsindən gələ bilməzdi. Odur ki, AOK-un ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı tamamilə təbii idi.

Bütün bunlarla yanaşı, Azərbaycanın Avropa idmanı üçün gördüyü tarixi vəzifəyə zaman-zaman kölgə salmaq istəyənlər də tapılır. Bədxahlar gah idmanı bir tərəfə qoyub cəfəng siyasi “təşəbbüs”lərlə çıxış etməyə, gah da Avropa Oyunlarının mahiyyəti ilə heç bir əlaqəsi olmayan əsassız fikirlər irəli sürməyə cəhd göstərirlər. Bir neçə gündür ki, bəzi yerli “media” orqanları Böyük Britaniyanın www.insidethegames.biz internet saytının “şok” xəbərini tirajlayaraq oxuculara sensasiya təqdim etməyə çalışır. Sayt iddia edir ki, guya “Bakı-2015” saxtadır, “əsl Avropa Oyunları” Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları “2-ci dərəcəli” tədbirdir, Oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər və s.

Əvvəla, qeyd edək ki, görünür, sensasiya həvəskarları Avropa Oyunlarının keçirilməsi prosedurası ilə tanış deyillər. Onlar başa düşmürlər ki, qitə oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz AOK qəbul edir. Alternativ Oyunların təşkili isə sadəcə olaraq ağlasığmazdır. Çünki Avropa Oyunları dörd ildən bir keçiriləcək. Üç ildən sonra “əsl Oyunlar”ın keçirilməsi, bir il sonra isə II Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq gülüncdür. Digər tərəfdən, Olimpiya Oyunları da daxil olmaqla hansısa irimiqyaslı beynəlxalq idman tədbirində bu və ya digər tanınmış idmançının bu və ya digər səbəbdən iştirak etməməsində qeyri-adi heç nə yoxdur. İdman tarixində belə misallar çoxdur. Odur ki, bəzi idmançıların “Bakı-2015”dən kənarda qalmasında sensasiya gözləməyə dəyməz.
Bədxahların istinad etdiyi ingilis saytının əksinə olaraq, qitənin olimpiya hərəkatında ən mötəbər mənbə Avropa Olimpiya Komitəsidir. Sensasiya həvəskarlarının iddialarına ən kəskin reaksiya da bu mənbədən gəlib. AOK-un prezidenti Patrik Hikkinin sözügedən saytın “şok xəbər”inə münasibəti birmənalı olub: “Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”.

AOK prezidenti həmçinin, bu il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına ən yaxşı atletlərin qatılacağını vurğulayaraq “Bakı-2015”i böyük hadisə kimi qiymətləndirib: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı-2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.

Yəqin ki, həm xaricdəki, həm də ölkə daxilindəki “şok xəbər” aludəçiləri AOK prezidentinin bəyanatını eşitdikdən sonra məyus olacaqlar. Onlar anlamalı olacaqlar ki, əsl Avropa Oyunları Berlin, Qlazqo, yaxud başqa bir Avropa şəhərində yox, məhz Bakıda keçiriləcək!”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ