Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Zakir Həsənov cəbhə bölgəsindəki hərbi hissələrdə olub

20:27  |    26 İyul 2016  |   E-mail  |  Çapa göndər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Əsgərlərlə nahar edən müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.

Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da torpaqlarımız işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.

Şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyini və Ali Baş Komandanın əmri ilə respublikamızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
“Oğlumun adını əbədiləşdirmək üçün bu addımı atdım” - Şəhid atası oğluna muzey tikir
06.06.2020
Tabutda dirilən Qarabağ döyüşçüsü görün nələr danışdı - VİDEO
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..