Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

Sərkisyan polis binasını zəbt edən silahlıların lideri ilə görüşməyə razılıq verib

21:49  |    24 İyul 2016  |   E-mail  |  Çapa göndər


Ermənistan prezidenti Serj Sərkisyan “Yeni Ermənistan” İctimai Xilas Fondunun sədri, müxalif “Təsis parlamenti” qrupunun rəhbəri Jirayr Sefilyanla görüşməyə hazır olduğunu bildirib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “deputat”ı Vitaliy Balasanyan açıqlayıb.

Qeyd edək ki, J. Sefilyan hazırda qanunsuz silah əldə etmə və saxlama ittihamı ilə həbsdədir. İyulun 17-də Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt ediblər. Nəticədə 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Silahlılar sonrakı günlərdə girov götürdükləri 7 polis əməkdaşını azad ediblər. Polis binasını zəbt edən silahlılar J. Səfilayanın azadlığa buraxılmasını, S. Sərkisyanın prezident postundan istefasını tələb ediblər.

V. Balasanyan isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, J. Səfilyan onunla növbəti görüşdə bir daha S. Sərkisyanın istefasını tələb etmədiyini bildirib, milli maraqlarla bağlı narahatlıq doğuran məsələlərə toxunub. J. Səfilyan S. Sərkisyanla görüşmək istədiyini söyləyib: “Biz Jirayr Səfilyanın istəyini Ermənistan prezidentinə çatdırdıq. Serj Sərkisyan polis binasını zəbt edən silahlılar silahını yerə qoyduqdan və təslim olduqdan sonra Jirayr Səfilyanla görüşməyə, reallıq və perspektivləri izah etməyə hazır olduğunu bildirdi”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
31.05.2020
Mühüm əməliyyat: PKK-nın önəmli adamı məhv edildi
31.05.2020
Napoleon Bonapartın “şəkli” yayımlanıb - FOTO