Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

Çavuşoğludan Obamaya cavab - “Eyni münasibəti gözləyirik“

23:46  |    23 İyul 2016  |   E-mail  |  Çapa göndər


Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Türkiyədə hərbi çevrilişə cəhd və Fətullah Gülənin ekstradisiyası barədə açıqlama verib.

Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, “Ağ ev”də mətbuat konfransı zamanı o bildirib ki, Türkiyədə demokratik yolla seçilmiş hökuməti dəstəkləyir. Lakin “Ağ ev” rəhbəri Vaşinqtonun hərbi çevrilişə cəhddən əvvəlcədən xəbərdar olması ilə bağlı məlumatları təkzib edib. Gülənin ekstradisiyasına gəlincə, Obama onun cinayətkar olmasıyla bağlı Ankaradan dəlil tələb edib. ABŞ prezident Barak Obama bildirib:

"Türkiyə prezidenti və hökuməti əmindir ki, Pensilvaniyada məskunlaşan Gülənin hərbi çevriliş cəhdinə bu və ya digər formada aidiyyatı var. Mən prezident Tayyib Ərdoğana dedim ki, onlar bizə Gülən barədə sübutlar təqdim etsinlər".

Obama əlavə edib ki, ekstradisiya ilə bağlı qərarı özü yox, Ədliyyə Nazirliyi və hakimlər verir.

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu isə Ankaranın eksradisiya tələbində israrlı olduğunu bildirib. TRT-yə müsahibəsində o qeyd edib ki, ölkəsi Birləşmiş Ştatlarla əməkdaşlıqda dəqiq cizgilər çərçivəsində fəaliyyət göstərib. Eyni münasibəti də Vaşinqtondan gözləyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə xarici sərmayəçilərə müraciət edərək, onları ölkəyə investisiya yatırmağı davam etdirməyə çağırıb. Parlamentdə çıxışı zamanı o qeyd edib ki, investorların fövqəladə vəziyyət rejiminin tətbiqindən narahatlığı üçün heç bir əsas yoxdur.

Bu arada dövlət orqanlarında Fətullah Gülən tərəfdarlarının təmizlənməsi prosesi davam edir. Paytaxt Ankarada prezident mühafizəsinin 283 əməkdaşı həbs olunub. Buna qədər 10 min 410 əsgər, hakim, məsul şəxsin xidmətdən uzaqlaşdırıldığı, aralarında 100-dən artıq general və admiralın da olduğu 4 min 60 hərbçinin həbs olunduğu bildirilir. Daxili İşlər naziri Əfqan Ala isə bildirib ki, o qiyamçılarla əlaqədə şübhəli bilinən 10856 dövlət qulluqçusunun ölkədən kənara çıxa bilməməsi üçün xidməti və diplomatik pasportunu ləğv edib. Nazir əlavə edib ki, bundan sonra jandarmaya kadrların qəbulunu silahlı qüvvələr yox, Daxili İşlər Nazirliyi həyata keçirəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
31.05.2020
Mühüm əməliyyat: PKK-nın önəmli adamı məhv edildi
31.05.2020
Napoleon Bonapartın “şəkli” yayımlanıb - FOTO