Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Aprelin 2-də “Tərk edilmiş” filminin premyerası keçiriləcək

21:37  |    30 Mart 2015  |   E-mail  |  Çapa göndər

Aprelin 2-də Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan “Tərk edilmiş” dram filminin premyerası keçiriləcək.

Trend xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.

Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”. Xatırladaq ki, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdiyi ekran əsərində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər. Premyerada “Tərk edilmiş” filminin yaradıcı heyəti, Türkiyənin tanınmış kino ulduzları, eləcə də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes nümayəndələri iştirak edəcək. Aprelin 2-dən etibarən ekran əsəri bütün kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, filmin İstanbulda premyerası martın 27-də baş tutacaq. Premyeradan sonra film Türkiyənin 174 kinoteatrında nümayiş olunacaq. Aprelin 2-si “Terkedilmis” filminin premyerasına 28 Cinemada baxa bilərsiniz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür