Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

“Fətullahçıların strukturlarına qarşı mübarizəmizi davam etdiririk” - Səfir

01:46  |    22 İyul 2016  |   E-mail  |  Çapa göndər


“Türkiyədəki hər hadisədə olduğu kimi, son hərbi çevriliş cəhdi zamanı da Azərbaycandakı hər qardaşımızın bizim hiss etdiyimiz duyğuları paylaşdığını bilirəm. Bütün azərbaycanlı qardaşlarımıza 15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün minnətdarlığımı bildirirəm”.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ölkəsində baş verən son hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyədəki olayların bütün dünyanın diqqətini çəkdiyini söyləyin səfir deyib ki, dünyanın bəzi yerlərində dezinformasiya hallarına da rast gəlinib: “Türkiyə bütün 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə dimdik ayaqdadır. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Türk Silahlı Qüvvələri tərkibindəki “FETÖ”çu qrupun təşəbbüsü ilə gerçəkləşən çevriliş cəhdinə vətəndaşlarımızın necə təpki verdiyini gördünüz. Bu olaylardan sonra Türkiyənin zəifləyə biləcəyini düşünən düşmənlərimiz varsa, onları iki dəfə düşünməyə dəvət edirəm”.

İ. A. Coşkun çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş vermədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. Türkiyənin terrorla mübarizə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də Fətullahçı Terror Təşkilatı – FETÖ olduğunu bildirib: “15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətlərinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.

Səfirin sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsində məqsəd məsum şəxslərin azadlıqlarını məhdudlaşdırmaq, onlara əlavə çətinliklər yaratmaq deyil: “Vətəndaşlar və ya Türkiyəyə səyahət planlaşdıran şəxslər bundan narahatlıq keçirilməməlidir. Heç kimin bu məsələ ən kiçik narahatlığı belə olmamalıdır”.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib. Türkiyə rəhbərliyi çevrilişin əsas ideya müəllifi hesab etdiyi və ABŞ-da yaşayan Fətullah Gülənin ekstradisiyası üçün qarşı tərəfə müraciət edib. Türkiyə Milli Təhlükəsizlik Şurasının iyulun 20-də keçirilən iclasında ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı tövsiyə qərarı qəbul olunub, bunun əsasında hökumət müvafiq qərar layihəsi hazırlayaraq parlamentə göndərib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlandı
02.06.2020
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı
02.06.2020
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırdı
02.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?